Azərbaycan Premyer Liqasının oyunları yenə sükutla başlayacaq

Azərbaycan Premyer Liqasının oyunları yenə sükutla başlayacaq Bu, Böyükağa Hacıyevin dünyasını dəyişməsi ilə əlaqədardır
Futbol
30 Mart , 2018 16:36
Azərbaycan Premyer Liqasının oyunları yenə sükutla başlayacaq

Bakı. 30 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq. 

"Report"un məlumatına görə, bu, AFFA Məşqçilər Komitəsinin üzvü və "Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyevin dünyasını dəyişməsi ilə əlaqədardır. B.Hacıyevin xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq. 

Bu tura qədər çempionatın XVII - XVIII turlarının oyunlarından əvvəl də eyni hal baş verib. XVII turun matçlarında Xocalı faciəsinin qurbanları yad edilibsə, XVIII turda Respublika Narkoloji Dispanserində baş vermiş yanğında dünyasını dəyişənlərlə bağlı sükut elan olunub.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XXI tur qarşılaşmaları 1-2 apreldə keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi