Azərbaycan Premyer Liqasının debütantı stadionunu yeniləyəcək

Azərbaycan Premyer Liqasının debütantı stadionunu yeniləyəcək Zirə İdman Kompleksinin stadionunda təmir-tikinti və yenidənqurma işlərinə başlayacaq
Futbol
122
15 May , 2015 17:04
Azərbaycan Premyer Liqasının debütantı stadionunu yeniləyəcək

Bakı. 15 may. REPORT.AZ/ 2015-2016-cı il mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak hüququ qazanmış “Zirə” klubu hazırlığa infrastrukturdan başlamağa qərar verib. Klubdan "Report"a verilən məlumata görə, bu məqsədlə Zirə İdman Kompleksinin stadionunda təmir-tikinti və yenidənqurma işlərinə başlanılacaq.

Layihəyə Azərbaycan çempionatının I Divizionunda mövsüm başa çatdıqdan sonra start veriləcək. Klub stadionun süni örtüyünü beynəlxalq standartlara cavab verən yenisi ilə əvəzləyəcəyini bəyan edib. Həmçinin, paltardəyişmə, hakim və hakim-inspektor otaqları da təmir olunacaq, bəziləri yenidən qurulacaq.

"Zirə"dən o da bildirilib ki, təmir-tikinti və yenidənqurma işləri bununla da yekunlaşmayacaq. Premyer Liqada növbəti mövsümünün startınadək stadionda başqa yeniliklər də olacaq.

Son xəbərlər

Orphus sistemi