"Qəbələ" Azərbaycan Premyer Liqasında "Kəpəz"lə oyunda qələbə qazana bilməyib - VİDEO

"Qəbələ" Azərbaycan Premyer Liqasında "Kəpəz"lə oyunda qələbə qazana bilməyib - VİDEO "Qırmız-qaralar"ın zirvəni əldən vermək ehtimalı var
Futbol
28 Fevral , 2017 17:06
Qəbələ Azərbaycan Premyer Liqasında Kəpəzlə oyunda qələbə qazana bilməyib - VİDEO

Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir oyun keçirilib. 

"Report"un məlumatına görə, Gəncədə "Kəpəz" və "Qəbələ" komandaları qarşılaşıb.

Matçda hesabı ilk yarıda Gəncə təmsilçisi açıb. 36-cı dəqiqədə Şəhriyar Rəhimovun dəqiq zərbəsi "Qəbələ"nin oyundankənar vəziyyət etirazlarına səbəb olub. Bundan bir qədər sonra hər iki komanda azlıqda qalıb. Bir-biri ilə mübahisə etmələri səbəbindən meydan sahiblərinin heyətində Nicat Qurbanov, qonaq komandadan isə Nika Kvekveskiri qırımızı vərəqə görüb.

Fasilədən sonra "Kəpəz"in futbolçusu Renan Silva fərqlənib. Lakin braziliyalı müdafiəçi topu öz qapısına göndərib və oyunun yekun nəticəsini müəyyənləşdirib - 1:1.

Bu heç-heçədən sonra "Qəbələ" 43 xalla vahid lider olsa da, "qırmız-qaralar"ın zirvəni əldən vermək ehtimalı var. "Qarabağ" bu gün turun son matçında "İnter"i məğlub edəcəyi halda, 45 xalla 1-ci pilləyə yüksələcək.

“Kəpəz” – “Qəbələ” 1:1

Qollar: Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54-öz qapısına

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

İlk iki dövrə - 0:2, 1:2

Son xəbərlər

Orphus sistemi