Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb

Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb Tura Lənkəranda start veriləcək
Futbol
29 Fevral , 2016 19:58
Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXIV turunun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları iki gün ərzində keçiriləcək.

Açılış oyununda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə AZAL-ı sınağa çəkəcək. Turun son oyununda isə "Rəvan" və "Kəpəz" komandaları qarşılaşacaq.

3 oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

5 mart (şənbə)

15:00. "Neftçi" – "Qəbələ"

Bakı. “Bakcell Arena” (canlı)

18:00. “Qarabağ” – “Zirə”

Bakı. “Azərsun Arena” (canlı)

14:00. “Xəzər Lənkəran” – AZAL

Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Sumqayıt” – “İnter”

Sumqayıt. “Kapital Bank Arena”

6 mart (bazar)

“Rəvan” – “Kəpəz”

Bakı. “Bayıl Arena” (canlı)

Son xəbərlər

Orphus sistemi