​"Neftçi" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

​"Neftçi" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Azərbaycan Premyer Liqasında XXIII turun təyinatları açıqlanıb
Futbol
18 Fevral , 2015 11:51
​Neftçi - Qarabağ matçının hakimləri müəyyənləşib

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi görüşü olan "Neftçi" - "Qarabağ" matçı FİFA referisi Əliyar Ağayevə həvalə edilib.

Bu qarşılaşmada ümumilikdə 6 hakimin xidmətindən istifadə olunacaq. Əlavə köməkçi hakimlərin xidmətinə Bakının AZAL və "İnter" komandaları arasında keçiriləcək qarşılaşmada da ehtiyac duyulub. Paytaxt derbisini keçmiş beynəlxalq dərəcəli baş hakim Fariz Yusifov idarə edəcək. 

19 fevral 

15:00. AZAL (Bakı) – “İnter” (Bakı)

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Elşən Acalov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov

Bakı, “AZAL Arena”

17:00. “Qəbələ” – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev

Qəbələ şəhər stadionu


17:00. “Simurq” (Zaqatala) – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Kamran Bayramov, Xəlil Xəlilov

Zaqatala şəhər stadionu


19:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Vaqif Musayev

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi