Bakı. 11 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Hər iki matçda gözlənilməz nəticə qeydə alınıb. "Kəpəz" Gəncədə "Rəvan"ın müqavimətini qıra bilməyib. Oyun qolsuz bərabərliklə yekunlaşıb. "İnter" isə eyniadlı arenada "Sumqayıt"a uduzub. Bu nəticələrdən sonra "İnter" 24 xalla 4-cü, "Kəpəz" 22 xalla 5-ci, "Rəvan" isə 11 xalla 10-cu pillədə qalıb. Əvəzində xallarını 16-ya çatdıran "Sumqayıt" 7-ci pilləyə yüksəlib.
Azərbaycan Premyer Liqası, XVI tur
11 dekabr.
14:00. "Kəpəz" – "Rəvan" - 0:0
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, Rahil Ramazanov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Füzuli Nəcəfov
16:30. "İnter" – "Sumqayıt" - 2:3
Qol: Yuri Fomenko, 44. Elnur Abdullayev, 52 - Amil Yunanov, 2; 39. Slavik Alxasov, 32
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Rauf Cabbarov
AFFA nümayəndəsi : Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Qeyd edək ki, turun qalan oyunları dekabrın 13-də keçiriləcək. Həmin gün AZAL "Xəzər Lənkəran"ı (saat 15:00), "Qəbələ" - "Neftçi"ni (saat 15:30), "Zirə" "Qarabağ"ı (saat 18:00) qəbul edəcək.