Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.
Futbol
14 Mart , 2022 07:30
Bu gün Azərbaycan Premyer Liqasının təxirə salınmış oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

"Report"un məlumatına görə, "Qəbələ" evdə "Zirə" klubu ilə üz-üzə gələcək. Ötən gün güclü qarın yağması səbəbindən təxirə salınmış qarşılaşma qaldığı yerdən - 65 dəqiqədən davam etdiriləcək. Bu müddətədək oyunda hesab açılmayıb.

Hazırda 34 xalı olan paytaxt təmsilçisi üçüncü, 32 xalı olan "qırmızı-qaralar" isə dördüncü sırada qərarlaşıb. Bu səbəbdən, 34 xalla ikinci yerdə gedən "Neftçi" əyalədəki görüşün nəticəsindən asılı olmayaraq, 3-cü pilləyə geriləyəcək.

Azərbaycan Premyer Liqası

XIX tur

14 mart

12:30. "Qəbələ" – "Zirə" (İKİNCİ HİSSƏ)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Keşlə" səfərdə "Səbail"ə 3:0, "Qarabağ" "Sabah"a 1:0, "Neftçi" isə evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Son xəbərlər

Orphus sistemi