Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib

Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib Bakı. 26 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatları müəyyənləşib.
Futbol
26 Noyabr , 2018 15:05
Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib

Bakı. 26 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatları müəyyənləşib.

"Report" çempionatın yayımçısı "CBC Sport" telekanalına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı dekabrın 1-də debütant "Sabah" və lider "Neftçi" komandaları arasında keçiriləcək. Həmin oyun saat 16:30-da start götürəcək. 

Günün digər oyununda isə "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Turun daha iki qarşılaşması isə dekabrın 2-də oynanılacaq. "Qəbələ" - "Zirə" dueli saat 17:00-da, "Qarabağ" - "Keşlə" görüşü isə saat 19:30-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi