Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib

Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.
Futbol
12 Dekabr , 2018 16:20
Azərbaycan Premyer Liqasında turun oyunçusu və rəmzi komandası müəyyənləşib

Bakı. 12 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də "Qarabağ"dan 7, "Qəbələ", "Neftçi", "Keşlə və "Səbail"dən isə hərəyə 1 futbolçu yer alıb. 

Turun oyunçusu isə "Qarabağ"dan Dani Kintana seçilib. Yarımmüdafiəçi XIV turda "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri matçda "het-trik" edib. 

Qapıçı: Emil Balayev (“Səbail”) - 2 

Müdafiəçilər: Donald Gerrye (“Qarabağ”), Yakub Jezniçak (“Qarabağ”) - 4, Denis Silva (“Keşlə”) - 3, Ömər Buludov (“Neftçi”) - 2

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”) - 4, Filip Ozobiç (“Qarabağ”) - 5, Simeon Slavçev (“Qarabağ”) - 3, Dani Kintana (“Qarabağ”) - 2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”) - 4, Rauf Əliyev (“Qəbələ”).

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir. Turun oyunçusu və rəmzi komanda "InStat”ın təhlilinə əsasən müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi