Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb

Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb Test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laboratoriyaya göndərilib
Futbol
19 Sentyabr , 2017 14:50
Azərbaycan Premyer Liqasında ötən turun bütün oyunlarından sonra futbolçulardan dopinq-testlər götürülüb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının V turunun bütün 4 oyunundan sonra komandaların futbolçularından dopinq-test götürülüb. Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli məlumat verib.

O, bildirib ki, 8 komandanın ümumilikdə 16 oyunçusundan götürülmüş test nümunələri Almaniyanın Köln şəhərində yerləşən laboratoriyaya göndərilib.

Ş.Hüseynli sentyabrın 16-da baş tutan “Neftçi” – “Zirə” matçından sonra qonaq komandanın məşqçilər heyətinin futbolçulardan test götürmək istəyən AMADA əməkdaşlarına müqavimət göstərmələrinə də münasibət bildirib. Baş direktor həmin vaxt tərəflər arasında anlaşılmazlığın olduğunu söyləyib: “Əvvəlcə bir qədər müqavimət göstəriblər. Lakin sonra vəziyyəti anlayandan sonra sakitləşiblər. Qaydalara əsasən, seçilmiş idmançı hər bir yarışdan sonra bir saat ərzində dopinq-testə cəlb olunmalıdır. Bu səbəbdən "Zirə"nin oyunçusunun paltardəyişmə otağından aparılması qaydalar çərçivəsindədir”.

Qeyd edək ki, AMADA tərəfindən qarşıdakı turlarda da dopinq-testlərin götürülməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi