Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının başlama saatı müəyyənləşib

Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının başlama saatı müəyyənləşib Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının başlama saatı müəyyənləşib.
Futbol
4 Fevral , 2019 15:51
Azərbaycan Premyer Liqasında növbəti turun oyunlarının başlama saatı müəyyənləşib

Bakı. 4 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun oyunlarının başlama saatı müəyyənləşib.

"Report" çempionatın yayımçısı "CBC Sport" kanalının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, turun açılış matçı fevralın 9-da baş tutacaq. Debütant "Sabah" "Əlincə Arena"da "Qəbələ"ni qəbul edəcək. Oyun saat 16:00-da başlayacaq.

Həmin gün son ölkə çempionu "Qarabağ" "Kapital Bank Arena"da "Sumqayıt"ın qonağı olacaq. Qarşılaşma saat 18:30-da start götürəcək.

Turun digər iki oyunu isə fevralın 10-da təşkil olunacaq. 16:00-a nəzərdə tutulan oyunda "Səbail" "Bayıl Arena"da "Zirə" ilə üz-üzə gələcək. XVI tura həmin gün saat 18:30-da "Bakcell Arena"da başlayacaq "Neftçi" - "Keşlə" görüşü ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi