Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb "Neftçi" - "Qəbələ" matçı FİFA referisinə tapşırılıb
Futbol
6 Sentyabr , 2016 18:09
Azərbaycan Premyer Liqasında növbəti turun hakim təyinatları açıqlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun hakim təyinatları açıqlanıb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi" və "Qəbələ" arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Rəhim Həsənova tapşırılıb.

Bu və qalan 3 oyundan 2-nə 6 hakim təyinat alıb.

9 sentyabr (cümə)

“Qarabağ” – AZAL

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

“Əlincə Arena”, 18:30

10 sentyabr (şənbə)

“Neftçi” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Elman Musayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Rauf Cabbarov

“Əlincə Arena”, 20:00

11 sentyabr (bazar)

“Kəpəz” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Coşqun Həsənov, Rövşən Rəcəbov

Gəncə şəhər stadionu, 16:00

“Sumqayıt” – “İnter”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Rauf Cabbarov

“Kapital Bank Arena”, 20:30

Qeyd edək ki, turun bütün görüşləri CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi