Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün ilk avtoqolu qeydə alınıb.
"Report"un məlumatına görə, Şamaxıda eyniadlı komanda ilə "Qəbələ" arasındakı oyunda meydan sahiblərinin müdafiəçisi Adil Nağıyev topu öz qapısından keçirib.
60-cı dəqiqədə qapı qarşısına edilən ötürmə əvvəlcə dirəyə, ardınca isə Nağıyevə dəyərək tora daxil olub.
Qeyd edək ki, hazırda matçda ikinci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 1:0.