Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.
"Report"un məlumatına görə, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir.
Çempion "Qarabağ"ın isə 82 xalı var.
Azərbaycan Premyer Liqası
XXXVI tur
17:00. "Turan Tovuz” –“ Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu
“Araz-Naxçıvan”– “Qarabağ”
Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Azersun Arena”
Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.