2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbol
296
3 İyun , 2019 19:59
2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq
Report

Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

"Report" xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılsın. Premyer Liqada çıxış etmək üçün lisenziya almaq məqsədilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə Premyer Liqanın 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış etsin.

2. Xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödənilsin.

3. AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə, komandaların sayının artırılması nəzərdə tutulsun.

Son xəbərlər

Orphus sistemi