Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim olunub

Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim olunub AFFA-da tədbir keçirilib
Futbol
26 May , 2017 12:17
Azərbaycan Premyer Liqasında iştirak edəcək klublara lisenziyalar təqdim olunub
Affa.az

Bakı. 26 may. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılar mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklər barədə məlumatlandırılıblar. Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublar müvafiq lisenziyalar təqdim olunub. Eyni zamanda ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri Zöhrab Hacıyev və ötən mövsümün ən yaxşı maliyyə meneceri Mənsurə Məmmədova xüsusi sertifikatla mükafatlandırılıb. 

Qeyd edək ki, lisenizyları UEFA-nın klub yarışlarında iştirak etmək üçün ilk 6 yeri tutmuş "İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt” və "Zirə”, Premyer Liqada iştirak üçün isə "Kəpəz” və "Səbail” alıb. Bununla da gələn mövsüm Premyer Liqada 8 komandanın iştirak edəcəyi rəsmiləşib.

Son xəbərlər

Orphus sistemi