Azərbaycan Premyer Liqasında ilk dövrənin son tur oyunu keçirilib

Azərbaycan Premyer Liqasında ilk dövrənin son tur oyunu keçirilib "Qarabağ" – "Zirə" oyununda qapılara qol vurulmayıb
Futbol
1 Oktyabr , 2017 20:11
Azərbaycan Premyer Liqasında ilk dövrənin son tur oyunu keçirilib
Foto: pfl.az

Bakı. 1 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin son tur oyunu keçirilib.

"Report"un məlumatına görə, VII tur qarşılaşmasında "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Zirə"ni qəbul edib.

Meydana əsasən, ehtiyat oyunçularla çıxan meydan sahibləri matçı qolsuz tərk ediblər. Bununla da "Qarabağ" ilk dəfə qələbəsiz qalıb. Bununla belə, "Zirə" də qol vura və liderliyə yüksələ bilməyib.

Hazırda 16 xala malik Ağdam komandası birinci pillədə qərarlaşıb. Üstəlik, bu kollektivin ehtiyatda "Səbail"lə oyunu da var. "Zirə" isə bir xal geridədir.

"Zirə" cari mövsümdə inamlı təsir bağışlasa da, indiyə qədər heç vaxt Ağdam komandasını məğlub edə bilməyib. Əvvəlki 8 qarşılaşmadan 6-sı "Qarabağ”ın qələbəsi ilə yekunlaşıb. Üstəlik, "Zirə” yalnız bir dəfə çempionun qapısına yol tapıb.

Azərbaycan Premyer Liqası

VII tur

1 oktyabr (bazar)

18:00. "Qarabağ” – "Zirə” - 0:0

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Məlik Həsənov

Tofiq Bəhramov adına Respublika Stadionu.

Turun ilk 3 oyununda "İnter" evdə "Neftçi"yə, "Qəbələ" "Kəpəz"ə, "Səbail" "Sumqayıt"a eyni hesabla uduzub - 0:2.

Son xəbərlər

Orphus sistemi