Peşəkar Futbol Liqası (PFL) KİV nümayəndələrinin oyunlardan sonra futbolçulardan açıqlama almaqla bağlı yaranmış problemlərini nəzərə alaraq UEFA-nın “Futbola qayıdış” protokoluna əsasən mövcud təlimatlarda dəyişiklik edib.
"Report"un PFL-in rəsmi saytına istinadən məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə keçirilən mətbuat konfransının ardınca hər klubun meydanda olmuş ən azı 1 futbolçusunun stadionun konfrans zalı otağında, pandemiya qaydalarını qorumaq şərtilə açıqlama verməsi tövsiyə olunur.
Oyunçu sayı jurnalistlərlə klubların mətbuat xidmətinin rəhbərinin razılığı ilə artırıla bilər.
Qeyd edək ki, açıqlama verəcək futbolçunun kimliyini klubların mətbuat xidməti müəyyənləşdirəcək.