Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər bəlli olub

Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər bəlli olub Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısında ən çox təyinat alan baş hakimlər müəyyənləşib.
Futbol
11 Yanvar , 2022 13:00
Azərbaycan Premyer Liqasında ən çox təyinat alan hakimlər bəlli olub
Elçin Məsiyev

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısında ən çox təyinat alan baş hakimlər müəyyənləşib.

"Report"un məlumatına görə, FIFA referisi Elçin Məsiyev bütün həmkarlarını qabaqlayıb. 31 yaşlı ədalət təmsilçisi 14 turdakı 56 qarşılaşmanın 10-nu idarə edib.

Digər FIFA referisi Əliyar Ağayev isə 9 matçda baş hakim funksiyasını yerinə yetirib. Üçüncü sırada 8 görüşlə Kamal Umudlu yer alıb.

Ölkənin daha bir FIFA referisi Rauf Cabarov, eləcə də Rəşad Əhmədov hərəyə 7 dəfə ədaləti qoruyublar. Vüqar Həsənli ilə Rəvan Həmzəzadə 4, Rauf Allahverdiyev, İnqilab Məmmədov və Fərid Hacıyev hərəyə 2 dəfə təyinat alıbsa, Kamranbəy Rəhimov 1 dəfə baş hakim vəzifəsini yerinə yetirib.

Çempionat görüşlərində ümumilikdə 11 baş hakim iş başında olub.

Son xəbərlər

Orphus sistemi