Azərbaycan Premyer Liqasında "Böyük oyun"un hakimləri müəyyənləşib

Azərbaycan Premyer Liqasında "Böyük oyun"un hakimləri müəyyənləşib Turun açılış və bağlanış oyunları 6 hakimə həvalə olunub
Futbol
19 Noyabr , 2015 11:06
Azərbaycan Premyer Liqasında Böyük oyunun hakimləri müəyyənləşib

Bakı. 19 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran"la "Neftçi" arasında keçiriləcək "Böyük oyun" FİFA referisi Əliyar Ağayevə həvalə olunub. 

Turun açılış və bağlanış oyunlarında isə 6 hakimin xidmətindən istifadə olunacaq. 

Azərbaycan Premyer Liqası, XIII tur

1 noyabr (şənbə)

“Sumqayıt” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ömər Paşayev
“Kapital Bank Arena”, 17:00

“Qarabağ” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 19:30

22 noyabr (bazar)

“Xəzər Lənkəran” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu, 18:00

“Rəvan” – “Zirə”

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov
“Bayıl Arena”, 20:00

23 noyabr (bazar ertəsi)

“İnter” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Fariz Yusifov
“İnter Arena”, 17:00 

Son xəbərlər

Orphus sistemi