Bakı. 22 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünün sonuncu dövrəsinin ən yaxşı komandası müəyyənləşib.
"Report"un məlumatına görə, IV dövrənin 7 turu ərzində ən yaxşı nəticəyə Tərlan Əhmədovun başçılıq etdiyi "Neftçi” imza atıb. Flaqaman bu görüşlərdə üst-üstə 16 xal toplayıb. Paytaxt təmsilçisi qələbə sayında "Qarabağ”la eyni göstəriciyə malik olsa da, dövrəni ən az uduzan və ən məhsuldar komanda kimi başa vurub. Son 7 turda "Qarabağ” 2-ci, "Keşlə” 3-cü olub.
1 | Neftçi | 7 | 5 | 1 | 1 | 13 - 6 | 16 |
2 | Qarabağ | 7 | 5 | 0 | 2 | 6 - 5 | 15 |
3 | Keşlə | 7 | 4 | 2 | 1 | 11 - 6 | 14 |
4 | Zirə | 7 | 3 | 1 | 3 | 8 – 10 | 10 |
5 | Qəbələ | 7 | 2 | 3 | 2 | 8 - 5 | 9 |
6 | Sumqayıt | 7 | 1 | 2 | 4 | 7 – 11 | 5 |
7 | Səbail | 7 | 1 | 2 | 4 | 5 - 9 | 5 |
8 | Kəpəz | 7 | 0 | 3 | 4 | 5 – 11 | 3 |
IV dövrə ilə həm də mövsümün ikinci yarısı yekunlaşıb. 2018-ci ildə baş tutan son iki dövrə və ya 14 turun ən yaxşısı da “Neftçi” olub.
Komanda 30 xal toplayıb və “Qarabağ”ı 2 xal arxada qoyub. “Keşlə” son dövrədə olduğu kimi çempionatın bu ilə aid hissəsini də 3-cü sırada bitirib.
1 | Neftçi | 14 | 9 | 3 | 2 | 22 - 12 | 30 |
2 | Qarabağ | 14 | 8 | 4 | 2 | 12 - 7 | 28 |
3 | Keşlə | 14 | 6 | 5 | 3 | 20 - 15 | 23 |
4 | Sumqayıt | 14 | 5 | 5 | 4 | 17 - 16 | 20 |
5 | Qəbələ | 14 | 4 | 6 | 4 | 15 - 12 | 18 |
6 | Zirə | 14 | 3 | 5 | 6 | 13 - 19 | 14 |
7 | Səbail | 14 | 2 | 4 | 8 | 10 - 18 | 10 |
8 | Kəpəz | 14 | 1 | 4 | 9 | 8 - 18 | 7 |