Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Zirə" "Sumqayıt"ı qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.
Futbol
1 Oktyabr , 2021 07:30
Azərbaycan Premyer Liqası: Zirə Sumqayıtı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

"Zirə" komandası "Sumqayıt"ı qəbul edəcək. Hazırda paytaxt klubu 8 xalla 4-cü, "gənclik şəhəri" təmsilçisi isə 7 xalla 5-ci pillədə qərarlaşıb.

Bu, komandaların Premyer Liqada 24-cü dueli olacaq. Əvvəlki 23 matçın 10-da meydan sahibləri, 6-da isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Zirə" üstündür - 29:21.

"Qartallar" çempionatda rəqibinə qarşı keçirdiyi son 6 oyunda qələbə qazanmayıb. Son 3 görüş isə heç-heçə ilə nəticələnib.

Azərbaycan Premyer Liqası, VI tur

1 oktyabr (cümə)

19:30. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun iki oyunu oktyabrın 2-də gerçəkləşəcək. "Keşlə" "Sabah"ı, "Səbail" "Neftçi"ni qəbul edəcək. Tura oktyabrın 3-dəki “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi