Azərbaycan Premyer Liqası: "Zirə" "Sabah"ı qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Zirə" "Sabah"ı qəbul edəcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçiriləcək.
Futbol
20 Fevral , 2022 07:30
Azərbaycan Premyer Liqası: Zirə Sabahı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, "Zirə" "Sabah"ı qəbul edəcək.

Hazırda Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv 25 xalla 4-cü pillədədir. Mudar Musayevin rəhbərlik etdiyi komanda isə 20 xalla 5-ci yerdə gedir.

"Zirə" qələbə qazanacağı təqdirdə, yenidən 3-cü pilləyə yüksələcək. "Sabah" isə aradakı fərqi azaltmaq üçün mütləq qalib gəlməlidir.

Komandalar indiyədək Premyer Liqada 13 dəfə üz-üzə gəliblər. Əvvəlki 12 görüşün 3-də "qartallar", 5-də isə "Sabah" meydanı 3 xalla tərk edib. Qonaqlar son 4 matçda qələbə qazanıb. Bu oyunlarda hər iki komanda qol vurub.

Azərbaycan Premyer Liqası
XVI tur
17:00. “Zirə” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XVI turun əvvəlki matçlarında "Qəbələ" evdə "Səbail'i 2:0, "Neftçi" isə "Keşlə"ni 3:1 hesabı ilə yenib. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi