Azərbaycan Premyer Liqası: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəlib

Azərbaycan Premyer Liqası: "Zirə" qələbə sayəsində 2-ci pilləyə yüksəlib Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.
Futbol
20 Noyabr , 2021 17:51
Azərbaycan Premyer Liqası: Zirə qələbə sayəsində 2-ci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, ikinci oyun gününün ilk matçında "Zirə" "Səbail"i qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 23-cü dəqiqədə Qismət Alıyev açıb. 47-ci dəqiqədə Davit Volkov fərqi artırıb. 74-cü dəqiqədə Loris Bronyo "dənizçilər"i 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. Matçda son nöqtəni isə 87-ci dəqiqədə qonaqlardan Rauf Əliyev qoyub. Penaltidən fərqlənən forvard yekun nəticəni müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 19-a çatdıran "Zirə" 2-ci pilləyə yüksəlib. 9 xalı olan "Səbail" isə 7-ci sırada qalıb.

Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Sabah"la qarşılaşacaq.

Qeyd edək ki, XI turun açılış matçında "Qarabağ" evdə "Keşlə"ni minimal hesabla üstələyib - 1:0. Tura noyabrın 21-də baş tutacaq "Qəbələ" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi