"Zirə" xal itirib, "Neftçi" gümüş medalları təmin edib

"Zirə" xal itirib, "Neftçi" gümüş medalları təmin edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Futbol
8 May , 2022 22:09
Zirə xal itirib, Neftçi gümüş medalları təmin edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. "Azersun Arena"da baş tutan matçda meydan sahiblərinin çoxsaylı hücumlarına baxmayaraq, hesab açılmayıb.

Ötən tur çempionluğunu rəsmiləşdirən "köhlən atlar" bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb.

Bu hesab həmçinin 2-ci pillədə yer alan "Neftçi"nin vaxtından əvvəl gümüş medalları təmin etməsinə səbəb olub.  "Ağ-qaralar" sona 2 tur qalmış ən yaxın izləyici olan "Zirə"ni 7 xal qabaqlayır.

Günün ilk oyununda "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qəbələ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi