Azərbaycan Premyer Liqası: XIII turun oyunları sükutla başlayacaq

Azərbaycan Premyer Liqası: XIII turun oyunları sükutla başlayacaq Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq
Futbol
30 Noyabr , 2021 16:59
Azərbaycan Premyer Liqası: XIII turun oyunları sükutla başlayacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIII turunun oyunlarında bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılacaq.

Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasovun "Report"a verdiyi məlumata görə, yüksək liqa matçları ilə yanaşı, I Divizionunun sabah keçiriləcək 3 görüşündə də 1 dəqiqəlik sükut elan olunacaq.

"Bu gün təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərimizin ailələrinə və xalqımıza dərin hüznlə baş sağlığı veririk", - PFL rəsmisi bildirib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, XIII turun oyunları 4 - 5 dekabrda gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi