Azərbaycan Premyer Liqası təxirə salınır?

Azərbaycan Premyer Liqası təxirə salınır? Futbol üzrə Azərbaycan Premyer Liqası təxirə salına bilər.
Futbol
28 Sentyabr , 2020 10:22
Azərbaycan Premyer Liqası təxirə salınır?

Futbol üzrə Azərbaycan Premyer Liqası təxirə salına bilər. 

"Report" xəbər verir ki, bu, ölkədə hərbi vəziyyətin elan olunması ilə əlaqədardır. Hərbi vəziyyət rejimində yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması həyata keçirilə bilər. 

Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev "Report"a açıqlamasında məsələ ilə bağlı hazırda heç bir məlumatın olmadığını bildirib. 

PFL rəsmisi qərar qəbul ediləcəyi təqdirdə, rəsmi sayt vasitəsi ilə ictimaiyyətə çatıdırılacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi