Azərbaycan Premyer Liqası: Sonuncu pillədəki komanda dəyişib

Azərbaycan Premyer Liqası: Sonuncu pillədəki komanda dəyişib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Futbol
6 Aprel , 2019 17:55
Azərbaycan Premyer Liqası: Sonuncu pillədəki komanda dəyişib
Report

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.

"Report" xəbər verir ki, həftənin açılış matçında "Sumqayıt" "Keşlə"ni qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb. Matçın 4-cü dəqiqəsində Peyman Babayi fərqlənib. Oyunun 40-cı dəqiqəsində Samir Məsimov bərabərlik topunu vurub. Qarşılaşmanın 85-ci dəqiqəsində isə Cavid Tağıyev "Sumqayıt"ın qələbə qolunun müəllifi olub - 2:1.

Bu qalibiyyətdən sonra xalını 20-yə çatdıran "Sumqayıt" "Keşlə"ni keçərək sonuncu pillədən qurtulub. Axırıncı - 8-ci yerə düşən paytaxt təmsilçisinin isə 19 xalı var.

Qeyd edək ki, XXIII tura bu gün keçiriləcək "Neftçi" - "Zirə", eləcə də aprelin 7-də baş tutacaq "Qəbələ" - "Qarabağ" və "Sabah" - "Səbail" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi