Azərbaycan Premyer Liqası: "Səbail" "Sabah"ı qəbul edəcək - AFİŞA

Azərbaycan Premyer Liqası: "Səbail" "Sabah"ı qəbul edəcək - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçiriləcək.
Futbol
23 Noyabr , 2019 07:20
Azərbaycan Premyer Liqası: Səbail Sabahı qəbul edəcək - AFİŞA

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, turun növbəti günündə də bir oyun baş tutacaq: "Səbail" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 11 xalla 5-6-cı yerləri bölüşdürür. Qonaqlar isə bir xal az toplayıb və 7-cı pillədə qərarlaşıb. 

Komandalar arasında birinci dövrədəki martç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ümumiyyətlə Premyer Liqadakı beş dueldə hər klub iki dəfə üç xal qazanmağa nail olub. Meydan sahibləri son iki matçda 3 qol buraxıb və xal qazanmayıb. Əvəzində "Sabah" səfərdəki heç bir çempionat oyununda qol vura bilməyib.

Azərbaycan Premyer Liqası, XII tur

23 noyabr 

15:00. “Səbail” – “Sabah”

Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

Qeyd edək ki, tura noyabrın 24-də keçiriləcək "Neftçi" "Qəbələ" və "Zirə" - "Keşlə" oyunları ilə yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi