Azərbaycan Premyer Liqası: "Səbail" "Sabah"ı məğlub etdi

Azərbaycan Premyer Liqası: "Səbail" "Sabah"ı məğlub etdi Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib
Futbol
19 Fevral , 2021 17:52
Azərbaycan Premyer Liqası: Səbail Sabahı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura start verilib.

"Report" xəbər verir ki, açılış matçında "Səbail" "Sabah"ı qəbul edib.

"ASCO Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail" heyətində Amil Yunanov 16 və 77-ci dəqiqədə fərqlənib.

Bu qələbədən sonra "dənizçilər" xalını 16-ya çatdırıb və 6-cı pilləyə yüksəlib. 14 xalı olan "Sabah" isə 7-ci sıraya enib.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" son ölkə çempionu "Qarabağ"ı qəbul edəcək. Tura fevralın 20-də "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi