Azərbaycan Premyer Liqası: "Sabah" "Səbail"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Sabah" "Səbail"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Futbol
19 Mart , 2022 18:39
Azərbaycan Premyer Liqası: Sabah Səbaili məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Sabah" "Səbail"i qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın yeganə qolunu 61-ci dəqiqədə Kristian Sebalyos vurub.

Bu nəticədən sonra xallarının sayını 26-a çatdıran "Sabah" 5-ci pillədə qərarlaşıb. Sonuncu - 8-ci yerdəki "dənizçilər"in 11 xalı var.

Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.

Son xəbərlər

Orphus sistemi