Azərbaycan Premyer Liqası: "Sabah" ardıcıl 2-ci qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: "Sabah" ardıcıl 2-ci qələbəsini qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
Futbol
12 Avqust , 2022 20:56
Azərbaycan Premyer Liqası: Sabah ardıcıl 2-ci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edib. "Dalğa Arena"da keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesab erkən qolla açılıb. Murad Musayevin baş məşqçi olduğu komanda Abdulaye Banın qolu ilə önə keçib. 26-cı dəqiqədə Cey-Lens Mikels fərqi 2 topa çatdırıb. 34-cü dəqiqədə "qartallar"ın müdafiəçisi Sertan Taşkın buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunda son nöqtəni isə 48-ci dəqiqədə Namik Ələskərov qoyub.

Ardıcıl 2-ci qələbəsini qazanan "Sabah" 6 xalla liderliyini möhkəmlədib. 3 xalı olan "Zirə" isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları 13-14 avqustda keçiriləcək. İkinci oyun günündə "Qarabağ" "Sumqayıt"ın, "Turan Tovuz" "Səbail"in, son gündə isə "Şamaxı" "Qəbələ"nin, "Neftçi" "Kəpəz"in qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi