Azərbaycan Premyer Liqası: "Qəbələ" - "Zirə" oyunu qalmaqalla başa çatıb

Azərbaycan Premyer Liqası: "Qəbələ" - "Zirə" oyunu qalmaqalla başa çatıb Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.
Futbol
1581
16 Oktyabr , 2021 18:57
Azərbaycan Premyer Liqası: Qəbələ - Zirə oyunu qalmaqalla başa çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Qəbələ" "Zirə"ni qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qartallar"ın heyətində Cəlal Hüseynov 18-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola fasilədən sonra cavab verib. Ülvi İsgəndərov 79-cu dəqiqədə topu qonaqların qapısından keçirib.

Matçdan sonra qalmaqal yaşanıb. "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyev Dmitrios Çantakiasa başı ilə zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub. Yunanıstanlı müdafiəçi isə sarı vərəqə alıb. Komanda yoldaşları Şahverdiyevi sakitləşdirməkdə çətinlik çəkib.

Xallarının sayını 12-ə çatdıran komandalar 2-3-cü yerləri bölüşdürürlər.

Qeyd edək ki, günün ilk görüşündə "Keşlə" səfərdə "Səbail"i 2:1 hesabı ilə üstələyib. Tura oktyabrın 17-də oynanılacaq "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi