Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib

Futbol
  • 11 sentyabr, 2021
  • 15:54
Azərbaycan Premyer Liqası: Qəbələ Sabaha qalib gələrək liderliyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

"Report"un məlumatına görə, açılış oyununda "Sabah" "Qəbələ"ni qəbul edib. Masazırdakı "Bank Resbublika Arena"da keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qırmızı-qaralar"ın heyətində qolları 53-cü dəqiqədə Yaovi Akakpo, qarşılaşmanın əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə Ülvi İsgəndərov vurublar.

Oyunun 82-ci dəqiqəsində qonaqların kapitanı Asif Məmmədov, matçın 90+1-ci dəqiqəsində isə meydan sahiblərinin yeni transferi İldar Alekperov zədələnərək, meydanı tərk ediblər.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Qəbələ" liderliyə yüksəlib. 3 turdan sonra xalı olmayan "Sabah" isə sonuncudur. Paytaxt təmsilçisi cari mövsümdə qol da vura bilməyib.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" və "Zirə" komandaları üz-üzə gələcəklər. Tura sentyabrın 12-də oynanılacaq "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" matçları ilə yekun vurulacaqa.

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Sabah"a qalib gələrək liderliyə yüksəlib