Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ın, "Qəbələ" "Səbail"in qonağı olacaq

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"ın, "Qəbələ" "Səbail"in qonağı olacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.
Futbol
7 Noyabr , 2021 09:00
Premyer Liqa: Qarabağ Sumqayıtın, Qəbələ Səbailin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.

"Report"un məlumatına görə, "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulacaq.

Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edəcək. Paytaxt klubu 9 xalla 7-ci, əyalət təmsilçisi 15 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar Premyer Liqada indiyədək 16 dəfə üz-üzə gəliblər. Bunların 7 də qonaqlar, 4 də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "qırmızı-qaralar"ın aşkar üstünlüyü var - 29:16.

Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulacaq. Ağdam klubu 20 xalla liderdir, "gənclik şəhəri" təmsilçisi 11 xalla 5-ci yerdədir. Tərəflər ölkə çempionatlarında 36 dəfə qarşılaşıblar. Meydan sahibləri 5, qonaqlar isə 26 qələbə qazanıb. 5 oyunda isə qalib müəyyənləşməyib. "Qarabağ" son 6 oyundur rəqibinə uduzmur. “Sumqayıt” isə son üç ev matçında xal qazanıb.

Azərbaycan Premyer Liqası

X tur

7 noyabr (bazar)

15:00. “Səbail” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”

Qeyd edək ki, "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.

Son xəbərlər

Orphus sistemi