Azərbaycan Premyer Liqası: "Neftçi" yeni mövsümdə ilk qələbəsini qazanıb

Azərbaycan Premyer Liqası: "Neftçi" yeni mövsümdə ilk qələbəsini qazanıb Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Futbol
22 Avqust , 2021 20:26
Azərbaycan Premyer Liqası: Neftçi yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında çempionata heç-heçə ilə başlayan "Zirə" və "Neftçi" komandaları üz-üzə gəliblər. Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə ilk qolu "ağ-qaralar"ın heyətində Fəhmin Muradbəyli vurub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun səhvindən yararlanaraq, komandasını önə keçirib. Görüşün əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov fərqi artırıb - 2:0. İki dəqiqə sonra buraxılan qollardan birinin əvəzini çıxan "Zirə"nin hücumçusu Davit Volkov matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 4-ə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 1 xalla 5-ci sırada qalıb.

Turun son oyununda "Qarabağ" "Səbail"i qəbul edəcək. "Azersun Arena"dakı görüş saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Keşlə"ni 2:1, "Sumqayıt" isə "Sabah"ı 2:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi