Azərbaycan Premyer Liqası: Klubların növbəti mövsüm üçün müraciət tarixi açıqlanıb

Azərbaycan Premyer Liqası: Klubların növbəti mövsüm üçün müraciət tarixi açıqlanıb Azərbaycanın futbol klubları üçün lisenziyalaşdırma mövsümünün başlayacağı tarix açıqlanıb
Futbol
11 Oktyabr , 2021 12:13
Azərbaycan Premyer Liqası: Klubların növbəti mövsüm üçün müraciət tarixi açıqlanıb

Azərbaycanın futbol klubları üçün lisenziyalaşdırma mövsümünün başlayacağı tarix açıqlanıb.

Bu barədə "Report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

O, mövsümün açılışının oktyabrın sonlarında gerçəkləşəcəyini bildirib. Məmmədovun sözlərinə görə, ərizələr üçün yekun tarix isə 7 noyabr olacaq.

Qeyd edək ki, 2021/2022 mövsümündə I Diviziondan "Kəpəz”, “Ağsu”, “Turan Tovuz”, “Qaradağ Lökbatan” və “Zaqatala” Premyer Liqada iştirak üçün müraciət etsə də, heç biri müsbət cavab almayıb. MOİK isə Premyer Liqada iştirakdan imtina edib. Bundan başqa "Səbail" və "Qəbələ" avrokuboklar üçün lisenziya ala bilməyib.

Son xəbərlər

Orphus sistemi