Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
"Report"un məlumatına görə, turun ilk matçında "Kəpəz" Gəncədə "Sumqayıt"la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Görüşdə ilk qolu meydan sahibləri vurub. Dario Federiko 66-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Qarşılaşmada bərabərlik qolu isə 86-cı dəqiqəyə təsadüf edib. Amil Yunanov fərqlənməklə "Sumqayıt"ı məğlubiyyətdən xilas edib.
Sonuncu pillədə qərarlaşan və Birinci Diviziona düşəcəyi dəqiqləşən "Kəpəz" bu nəticədən sonra xallarının sayını 14-a çatdırıb. "Sumqayıt" isə 30 xalla 3-cü yerdədir.
Qeyd edək ki, turun daha iki qarşılaşması mayın 5-də keçiriləcək. "Qəbələ" "Keşlə"ni, "Səbail" "Zirə"ni qəbul edəcək. Ertəsi gün isə "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq.
























