Azərbaycan Premyer Liqası: İlk turun iki matçına təyinatlar açıqlandı

Azərbaycan Premyer Liqası: İlk turun iki matçına təyinatlar açıqlandı Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünün I turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatları diqqətinizə çatdırırıq:
Futbol
20 Avqust , 2020 17:04
Azərbaycan Premyer Liqası: İlk turun iki matçına təyinatlar açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020/2021 mövsümünün I turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara təyinatlar açıqlanıb. 

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Keşlə” matçı Elçin Məsiyevə, “Neftçi” – “Səbail” görüşü isə Rauf Cabbarova tapşırılıb. 

21 avqust (cümə)

18:30. “Sumqayıt” – “Keşlə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı

AFFA nümayəndəsi: Elgiz Abbasov

Hakim-inspektor: İmanxan Sultani

Kapital Bank Arena. 

20:30. “Neftçi” – “Səbail”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Babək Quliyev

Bakcell Arena. 

Son xəbərlər

Orphus sistemi