APL-də bütün oyunlara start heyətində başlayanlar: Biri dayanıb, ikisi davam edir – ARAŞDIRMA

Futbol
  • 10 may, 2023
  • 07:25
APL-də bütün oyunlara start heyətində başlayanlar: Biri dayanıb, ikisi davam edir – ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının (APL) 2022/2023 mövsümünün bütün oyunlarında start heyətində meydana çıxan futbolçular bəlli olub.

“Report”un araşdırmasına görə, cəmi iki nəfər geridə qalan 33 turun hamısında ilk “11-lik”də çıxış edib.

Bunlar “Zirə”nin yarımmüdafiəçisi Rəhim Sadıxov və “Şamaxı”nın müdafiəçisi Rəhman Daşdəmirovdur.

XXXIII turda “Sabah”ın qapıçısı Yusif İmanovun adı bu siyahıdan çıxıb. 21 yaşlı qolkiper “Kəpəz”lə səfər matçında ehtiyatda qalıb. İmanov buna qədər çərçivəni qoruduğu 32 qarşılaşmada (2880 dəqiqə) qapısından 23 top buraxıb.

İmanovun ötən turda oynamamasından yararlanan Daşdəmirov meydanda olduğu dəqiqə sayına görə birinci pilləyə yüksəlib. 24 yaşlı oyunçu 33 qarşılaşmada ümumilikdə 2922 dəqiqə keçirib. Ancaq onun da uğurlu seriyası XXXIV turda qırılacaq. Çünki son “Zirə” ilə matçda sarı vərəqə alan müdafiəçi cəzalı duruma düşüb. Mövsümdə 4-cü sarı vərəqəsini alan Daşdəmirov XXXIV turda “Neftçi” ilə oyunu buraxacaq.

Əgər Rəhim Sadıxov mövsümün son 3 matçında da “Zirə”nin start “11-liy”ində meydana çıxsa, bu baxımdan rekordçu olacaq. Azərbaycan millisinin üzvü 2784 dəqiqə komandasına kömək edib, aktivinə 5 qol yazdırıb. Passivində cəmi 1 sarı vərəqəsi olan Sadıxov zədələnməsə və ya qırmızı vərəqə almasa, rekordu qırmamasına heç bir səbəb qalmayacaq.

Qeyd edək ki, “Zirə” son 3 matçını “Kəpəz”, “Sabah” və “Sumqayıt”a qarşı keçirəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti