Azərbaycan Premyer Liqası: İlk turun rəmzi komandası açıqlanıb

Azərbaycan Premyer Liqası: İlk turun rəmzi komandası açıqlanıb Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında ilk turun rəmzi komandası müəyyənləşib.
Futbol
17 Avqust , 2018 15:05
Azərbaycan Premyer Liqası: İlk turun rəmzi komandası açıqlanıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında ilk turun rəmzi komandası müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandada "Qəbələ" klubundan 5, "Neftçi"dən 4, "Keşlə" və "Sabah" komandalarının hərəsindən isə 1 futbolçu yer alıb.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)

Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”), Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”)

Hücumçular: Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”)

Qeyd edək ki, rəmzi komanda “InStat” şirkətinin təhlilinə əsasən formalaşıb.

Son xəbərlər

Orphus sistemi