Azərbaycan Premyer Liqası dünya reytinqinin ilk "3-lüy"ünə düşüb

Azərbaycan Premyer Liqası dünya reytinqinin ilk "3-lüy"ünə düşüb Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.
Futbol
22 Mart , 2022 10:55
Azərbaycan Premyer Liqası dünya reytinqinin ilk 3-lüyünə düşüb

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) baş məşqçilərin orta iş müddətinə görə dünyanın ən yaxşı 90 liqasının siyahısını açıqlayıb.

"Report" CIES-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası 1 069 günlük göstərici ilə üçüncü pillədə qərarlaşıb. Ölkə çempionatı UEFA sıralamasında da eyni mövqedə yer alıb.

Birinci pilləni Şimali İrlandiya Premyer Liqası (1 563 gün), ikinci sıranı isə Uels Premyer Liqası (1 348) tutur.

Ən çox baş məşqçi istefasının gerçəkləşdiyi ölkələrdən biri Türkiyədir. Bu səbəbdən Superliqa 217 günlük göstərici ilə dünya reytinqində 80-ci, Avropada isə 46-cı yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi