Azərbaycan Premyer Liqası: Bu gün VII tura yekun vurulacaq

Azərbaycan Premyer Liqası: Bu gün VII tura yekun vurulacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyunlarına yekun vurulacaq.
Futbol
22 Sentyabr , 2024 09:15
Azərbaycan Premyer Liqası: Bu gün VII tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.

“Report” xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.

"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.

Turun son qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.

Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası

VII tur

22 sentyabr

18:00. “Səbail” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Məmmədov.

"ASCO Arena"

20:30. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Son xəbərlər

Orphus sistemi