Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.
Futbol
5 Oktyabr , 2024 09:06
Azərbaycan Premyer Liqası: Bu gün  IX turun daha iki oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, günün ilk matçında "Səbail" evdə "Şamaxı"nı qəbul edəcək.

"ASCO Arena"da start götürəcək görüş saat 17:00-da başlayacaq.

Ardınca saat 19:30-da "Sabah" "Araz-Naxçıvan" kollektivini sınağa çəkəcək. Qarşılaşma “Bank Respublika Arena”da gerçəkləşəcək.

Azərbaycan Premyer Liqası

IX tur

5 oktyabr

17:00. “Səbail” – “Şamaxı”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

"ASCO Arena".

19:30. “Sabah” – “Araz-Naxçıvan”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev.

VAR: Rauf Cabarov.

AVAR: Rəhman İmami.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zümrüd Ağayeva.

"Bank Respublika Arena".

Qeyd edək ki, tura sabah keçiriləcək "Turan-Tovuz" - "Zirə" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi