Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şansını itirdi

Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şansını itirdi Premyer Liqada 2020/2021 mövsümünə mayın 19-da yekun vurulacaq
Futbol
15 Mart , 2021 19:54
Azərbaycan Premyer Liqası: 3 klub çempionluq şansını itirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turunun oyunlarından sonra elitada mübarizə aparan 8 klubdan üçü çempionluq şansını itirib.

"Report"un məlumatına görə, bunlar "Sabah", "Keşlə" və "Səbail" komandalarıdır.

Sözügedən kollektivlərdən "Sabah" və "Keşlə"nin sona 8 tur qalmış 42 xalla ilk 2 sıranı bölüşən "Neftçi" və "Qarabağ"a çatması mümkün deyil. Hazırda 16 xalı olan Masazır təmsilçisi sonuncu, 1 xal çox toplamış Sənan Qurbanovun başçılıq etdiyi komanda isə 7-ci pillədədir.

Düzdür, 18 xalla 6-cı pillədə qərarlaşan "Səbail" mövsümün sonunadək maksimum nəticə göstərsə, eyni zamanda hazırkı liderlər bütün oyunlarda uduzsalar, xallar bərabərləşə bilər. Amma bu halda belə, "dənizçilər" şəxsi qarşılaşmalardakı nəticələrə görə turnir cədvəlində rəqiblərindən geri qalacaq. Çünki "Neftçi" ilə keçirdiyi 3 oyunun hamısında məğlub olan Bayıl təmsilçisi "Qarabağ"a 2 matçda uduzub, birində isə heç-heçə edib.

Qeyd edək ki, Premyer Liqada 2020/2021 mövsümünə mayın 19-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi