Azərbaycan millisinin zədəli futbolçusu müalicə məqsədilə Almaniyaya yollanıb

Futbol
  • 17 mart, 2018
  • 13:44
Azərbaycan millisinin zədəli futbolçusu müalicə məqsədilə Almaniyaya yollanıb

Bakı. 17 mart. REPORT.AZ/ Türkiyənin "Samsunspor" klubunda çıxış edən futbolçu Ufuk Budak müalicə məqsədilə Almaniyaya yollanıb.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, 28 yaşlı müdafiəçini həkimi və fizioterapevti müayinədən keçirəcək. O, gələn həftə Samsuna qayıdaraq məşqlərini bərpa edəcək.

Qeyd edək ki, Ufuk Budak zədəli olduğu üçün Azərbaycan millisinin Belarus və Makedoniyaya qarşı yoldaşlıq görüşlərinə çağırılmamasını xahiş edib. 

44 filmi