"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb Bu qərar Dəniz Yılmazın Şimali İrlandiya ilə oyunda meydana çıxmasından sonra verilib
Futbol
16 Noyabr , 2016 15:28
Bursasporda çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək.

"Report"un məlumatına görə, səbəb 28 yaşlı hücumçunun Azərbaycan millisində forma geyinməsidir.

Bu qərar D.Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətindəki əcnəbi futbolçuların sayı 9-a çatıb.

Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi