Azərbaycan millisinin üzvü seçmə mərhələdə ən çox "seyv" edən üçüncü qapıçıdır

Azərbaycan millisinin üzvü seçmə mərhələdə ən çox "seyv" edən üçüncü qapıçıdır UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VI turunun oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.
Futbol
279
9 Sentyabr , 2021 09:02
Azərbaycan millisinin üzvü seçmə mərhələdə ən çox seyv edən üçüncü qapıçıdır

UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin VI turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report"un məlumatına görə, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar sırasında yer alıb.

27 yaşlı qolkiper meydana çıxdığı 5 oyunda 29 qurtarışla yadda qalıb. O, hazırda bu nominasiyada üçüncü pillədə qərarlaşıb. San Marinodan Elia Benedettini 31 "seyv"lə birinci, Lixtenşteynin oyunçusu Benyamin Byuhel 30 qurtarışla ikinci sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakı Olimpiya Stadionunda Portuqaliyaya 0:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi