Azərbaycan millisinin sabiq üzvü: “Qəbələ”nin I Liqaya düşməsi futbolumuza mənfi təsir göstərəcək

Azərbaycan millisinin sabiq üzvü: “Qəbələ”nin I Liqaya düşməsi futbolumuza mənfi təsir göstərəcək Futbolumuzu sevənlər istəməzdi ki, “Qəbələ” I Liqaya düşsün. Təbii ki, bu, öz təsirini göstərəcək.
Futbol
27 May , 2024 10:59
Azərbaycan millisinin sabiq üzvü: “Qəbələ”nin I Liqaya düşməsi futbolumuza mənfi təsir göstərəcək

Futbolumuzu sevənlər istəməzdi ki, “Qəbələ” I Liqaya düşsün. Təbii ki, bu, mənfi təsirini göstərəcək.

Bunu “Report”a açıqlamasında “Qəbələ” klubunun və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynov deyib.

O, keçmiş komandasının aşağı dəstəyə düşməsinə münasibət bildirib: “Qəbələ” köklü klubdur. Düşünürəm ki, infrastrukturuna, akademiyasına görə bəlkə də Azərbaycanda birincidir. Azərbaycan futboluna verdiyi töhfələr neçə illərdir özünü göstərir. İnanırıq ki, “Qəbələ” I Liqanın qalibi kimi Premyer Liqaya vəsiqə qazanacaq və öz yolunu davam etdirəcək”.

C.Hüseynov AFFA İcraiyyə Komitəsinin son iclasında "Qəbələ"yə I Liqada maddi dəstək verilməsi ilə bağlı qəbul edilən qərarın müsbət addım olduğunu söyləyib: “AFFA tərəfindən klubun akademiyasına dəstək veriləcək. Məncə, çox yaxşı addımdır və bu olmalıdır. Onsuz da çox az regionlarda belə infrasruktur var. Qıfıl vurulsa, Azərbaycan futbolu aşağı gedəcək”.

Qeyd edək ki, "Qəbələ" Azərbaycan Premyer Liqasını 26 xalla sonuncu - 10-cu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi