Azərbaycan millisinin sabiq futbolçusu "Sumqayıt"ın tarixinə düşüb
Futbol
- 25 noyabr, 2019
- 07:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun “Sumqayıt” – “Qarabağ” oyunu meydan sahiblərinin kapitanı Vurğun Hüseynov üçün əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli müdafiəçi 2013-cü ildən şərəfini qoruduğu "gənclik şəhəri" təmsilçisinin heyətində 159-cu çempionat matçına çıxıb. Hüseynov bu müddətdə cəmi 1 qol vura bilib.
Azərbaycan millisinin sabiq üzvü “Sumqayıt”ın tarixində Premyer Liqada ən çox oyun keçirən futbolçu adına yiyələnib. Müdafiəçi sabiq komanda yoldaşı Bəxtiyar Həsənalızadənin 158 oyunluq rekordunu arxada qoyub.
Qeyd edək ki, "Qarabağ"la görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Son xəbərlər
17:55
Yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
Ekologiya
17:53
Albaniyada etiraz aksiyalarında xəsarət alanların sayı 61 nəfərə çatıb
Digər ölkələr
17:45
Yohannes Klebo Dünya Kubokunda həmyerlisinin rekordunu təkrarlayıb
Fərdi
17:40
Foto
Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Xarici siyasət
17:25
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ekologiya
17:22
Gürcüstan XİN-dən Türkiyə səfirinə "Beşiktaş" - "Hapoel" matçındakı insidentlə bağlı təəssüfləndikləri bildirilib
Region
17:18
Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
Fərdi
17:15
"Kyodo": ABŞ Yaponiyanın beşillik müdafiə büdcəsindən narazıdır
Digər ölkələr
17:05
İsrail və ABŞ birgə kiber müdafiə təlimlərində ilk dəfə süni intellektdən istifadə edib
Digər ölkələr